Dünya

Rusiya gəmiləri döyüşə hazır vəziyyətə gətirilib

14 İyun 2018 23:07
0 Şərh     Baxış: 1 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Qara dənizi və Krım hərbi dəniz donanmasının  qüvvələri ölkədə futbol üzrə dünya çempionatının keçirilməsi fonunda hərbi hazır vəziyyətə gətirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "Reuters" Rusiyadan olan hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, dünya çempionatı ərzində Ukrayna tərəfindən təxribatın törədiləcəyini gözlənilir. Belə ki, mənbə Kiyevin turnir ərəfəsində Azov dənizi və Qara dənizdə hərbi iştirakını artırdığını iddia edir.

Ukrayna hökuməti qeyd olunan su hövzələrinə əlavə hərbi gəmilər səfərbər edib, həmçinin sahil mühafizəsini gücləndirib, hərbi aviasiyanın bölgədəki  uçuşlarını artırıb.

Mənbə Rusiya hərbi donanmasının yüksək hərbi hazırlıq vəziyyətinin iyulun 31-ə kimi qüvvədə olacağını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.