Dünya

İranda qiymətlər ərşə çıxdı, prezident bütün anbarları açdırdı

14 İyun 2018 22:23
1 Şərh     Baxış: 4 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra son günlər ölkədəki yüksək qiymət artımlarının qarşısını almaq məqsədilə prezident Həsən Ruhani təlimat verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Həsən Ruhani dövlət anbarlarındakı malların bir an öncə bazara çıxarılması tapşırıb.

İran prezidentinin müşaviri Mahmud Vaizi məsələ ilə bağlı açıqlama verib. O, bildirib ki, Nazirlər Kabinetinin iclasında ölkədə son zamanlarda baş verən bahalaşma məsələsi müzakirə edilib. Ruhaninin göstərişi ilə anbarlardakı malların xalqa çatdırılması üçün səlahiyyətli orqanlara tapşırıqlar verilib.

Prezident Ruhani isə ölkədə iqtisadi sahədəki prosesləri psixoloji müharibə kimi xarakterizə edib. O, bildirib ki, bazarda son günlərdə baş verən dalğalanmaların iqtisadi əsası yoxdur və psixoloji müharibədən qaynaqlanır.

Qeyd edək ki, ABŞ-ın İranla imzalanmış nüvə müqaviləsindən çıxmasından sonra İranda bir çox məhsulun qiyməti yüksək nisbətdə artmağa başlayıb.

Dövlət, bazardakı dalğalanmalara nəzarət etmək üçün bütün valyuta bürolarını bağlayaraq, bank sistemi xaricində valyuta transferini qadağan edib. Ancaq "qara bazar" fəaliyyət göstərməkdə davam edir. "Qara bazar"da xarici valyuta baha qiymətə satılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.