Dünya

Türk sualtı qayığı Qara dənizdə tankeri məhv etdi - VİDEO

14 İyun 2018 22:02
0 Şərh     Baxış: 2 637

Türkiyə hərbi dəniz qüvvələrinin Qara dənizdə keçirdiyi "müharibə oyunları" çərçivəsində hərbi dəniz donanmasına aid "Yıldıray" sualtı qayığı istismardan çıxarılmış tankeri məhv edib.  

Milli.Az oxu.az-a istinadən bildirir ki, qayıqdan hədəfə 533 millimetrlik torpeda buraxılıb. Zərbə tankerin ortasına tuş gəlib və nəticədə gəmi iki yerə parçalanaraq batıb.

"Yıldıray" 209 sualtı qayığı tipinə aiddir  və səkkiz torpeda aparatı ilə təchiz olunub. Bu fəsilədən olan sualtı qayıqlar ilk dəfə Almaniyada 1971-ci ildə istehsal olunub və hazırda 14 ölkənin hərbi donanmasında yer alır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.