Dünya

Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürülə bilər, əgər...

14 İyun 2018 13:22
1 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatların Rusiyadakı sabiq səfiri Maykl Makfol ABŞ Prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürəcəyini bəyan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.Makfol bildirib ki, əgər Sinqapurda Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen Inla keçirilmiş sammit Şimali Koreyanın nüvəsizləşdirilməsi haqqında sazişin imzalanmasına gətirib çıxarsa, D.Trampın Nobel mükafatına namizədliyini irəli sürəcək.

Qeyd edək ki, iyunun 12-də Sinqapurun Sentosa adasında ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

D.Tramp görüşün yekunları üzrə bildirib ki, Şimali Koreya ilə "ətraflı" sənəd imzalayıb və vurğulayıb ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi preosesi "tez bir zamanda" başlayacaq. Kim Çen In, öz növbəsində, imzalanan sənədi iki ölkə arasındakı münasibətlər üçün "yeni başlanğıc" adlandırıb və gələcəkdə "böyük dəyişikliklər" vəd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.