Dünya

Dünya çempionu döyüşünü yarımçıq saxlayıb, tribunadakı davanı izlədi - VİDEO - FOTO

14 İyun 2018 10:49
0 Şərh     Baxış: 3 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

32 aydır boksdan uzaq qalan ingiltərəli keçmiş dünya çempionu Tyson Fury albaniyalı rəqibi Sefer Seferi ilə keçirdiyi döyüşlə yenidən rinqə qayıdıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, matç zamanı tribunada baş verən dava Fury-nin döyüşünü yarımçıq saxlamasına və davanı izləməsinə səbəb olub.
 
Dörd raund davam edən qarşılaşmada rəqibinin döyüşü yarımçıq saxlatmaq məcburiyyətində qaldığı matçı Tyson Fury qazanıb. 15 nəfərin əlbəyaxa olduğu səhnəni maraqla izləyən məşhur boksçu, dönüş döyüşü olaraq göstərilən matçını yarıda saxlayıb tribunadakı davanı izləməsi ən azı matçı qədər maraq doğurub.

Qeyd edək ki, Tyson 2001-ci ilin noyabr ayında ukraynalı Vladimir Kliçkonu məğlub edərək Beynəlxalq Boks Federasiyası (IBF), Dünya Boks Birliyi (WBA) və Dünya Boks Təşkilatının (WBO) ağır çəkili çempionu adına sahib çıxmışdı. Lakin 2016-ci ilin 30 sentyabr tarixində dopinq testinin pozitiv çıxması səbəbi ilə cəza almışdı. 

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünya çempionu döyüşünü yarımçıq saxlayıb,tribunadakı davanı izlədi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.