Dünya

Filadelfiya şəhərində Azərbaycan bayrağı ucaldılıb - FOTO

14 İyun 2018 09:06
0 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin 8 iyun tarixində ABŞ-ın tarixi şəhərlərindən biri olan, Filadelfiya şəhərində AXC-nin 100 illiyi ilə əlaqədar olaraq Filadələfiya şəhərinin ən məşhür tarixi məkanı olan şəhər meriyasının binası qarşısında Azərbaycan Respublikasının dövlət bayrağının ucaldılıması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbir Pensilavaniya ştatında yaşayan Azərbaycan icmasının fəalları və Filadelfiya şəhər Meriyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan icması, Filadelfiya şəhər meriyası və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin nümayəndələri iştirak edib.

Tədbirdə Amerika Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri çıxış edərək AXC-in yaranma tarixi barədə məlumat verdi. Azərbaycanın hazırda güclü və müstəqil dövlət olduğunu qeyd etdi və hər bir azərbaycanlının dövləti ilə fəxr etdiyini qeyd etdi.

Daha sonra Filadelfiya şəhər Merinin köməkçisi Shila Hass çıxış ederək tarixi gün münasibətilə Pensilavaniya ştatında yaşayan Azərbaycan icmasının nümayəndələrini təbrik etdi və Filadelfiya şəhər meri Jim Kenni tərəfindən 28 may 2018-ci il tarixinin Filadelfiya şəhərində Azərbaycan Xalq Cumhuriyyəti günü elan edilməsi barədə bəyannaməni tədbir iştırakçılarına elan etdi.

ABŞ-ın Pensilvaniya ştatında yaşayan Azərbaycan icması fəalları adından çıxış edən Gülər Mehdiyeva göstərilən diqqətə görə Filadelfiya şəhər Meriyasının nümayəndələrinə və təbdirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

Sonda məşhur müsiqişunas Amerikalı Cefri Verbok tərəfindən klassik muğam musiqi parçaları təbir iştirakçılarına ifa edildi. İcma fəalları Zamin Əkbərov və Rövşən Səfərov tərəfindən Azərbaycan milli rəqsləri və musiqisi təbir iştirakçılarına təqdim edildi. Skripka ifaçısı Azər Dəmirov tərəfindən Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun "Arazbari" musiqisi tədbir iştirakçılarına ifa edildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.