Dünya

Tramp doğum günü ilə əlaqədar bir gün istirahət götürdü

14 İyun 2018 08:23
1 Şərh     Baxış: 572

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp cümə axşamı ad günü ilə əlaqədar bir gün istirahət götürdü.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Ağ evin gündəlik rəsmi cədvəli xəbər verir.

Ağ evin gündəlik proqramında deyilir: "Prezidentin heç bir rəsmi tədbiri nəzrdə tutulmayıb". Tramp səhər saatlarında Şimali Koreya lideri Kim Çen Inla Sinqapur danışıqlarından qayıtdıqdan sonra çərşənbə günüdə istirahət edirdi.

Cümə axşamı prezidentin 72 yaşı tamam olur. O, ABŞ tarixində prezident vəzifəsinə seçilmiş ən yaşlı şəxsdir. Seçildiyi zaman Trampın 70 yaşı tamam olmuşdu.

Xatırladaq ki, Tramp 14 iyun 1946-cı ildə Nyu-York şəhərinin Kuins əyalətində anadan olub. Prezident vəzifəsində bu onun ikinci ad günüdür.

Prezidentin ad gününü necə qeyd edəcəyi planları haqda Ağ ev məlumat vermir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Nardaşa · 14 İyun 08:5110

    Müəllim ,səni doğum günün münasibətilə səmimi qəlbdən təbrik edirəm ,sənə uzun ömür ,can sağlığı arzulayıram !Və birdə QARABAĞ məsələsində təcəvüzkarın yanında YOX ,-HAQQIN tətəfində dayanmağını ARZULAYIRAM !!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.