Dünya

Putin və Paşinyan arasında görüş keçirilib

13 İyun 2018 20:45
1 Şərh     Baxış: 1 485

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Kremldə keçirilən görüşdə Vladimir Putin Rusiya-Ermənistan münasibətlərinin strateji olduğunu söyləyib: "Rusiya Ermənistanla ticarət dövriyyəsində ilk yerini əminliklə qoruyub saxlayır. Biz ticarət-iqtisadiyyat sahəsində bir nömrəli tərəfdaşıq. Ötən il ticarət dövriyyəsinin həcmi 30 faizdən çox artıb. Bu il də artım müşahidə olunur".

N. Paşinyan isə çıxışında Rusiya və Ermənistan arasındakı münasibətlərin xüsusi olduğunu vurğulayıb: "Əmin edirəm ki, bu cür əməkdaşlıq daha da möhkəm olacaq. Düşünürəm ki, həm Ermənistanda, həm də Rusiyada bu münasibətlərin inkişafından məmnundurlar. Ümid edirik ki, bu münasibətlər hər iki xalqa və dövlətə, ölkələrimizin maraqları və suverenliyinə hörmət əsasında daha da effektiv inkişaf edəcək. Bu çox vacibdir".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    vetendaw · 13 İyun 21:4700

    qardaslar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.