Dünya

Pensiya yaş həddi dəyişdirilir - RUSİYADA

13 İyun 2018 13:49
0 Şərh     Baxış: 3 629

Rusiyada yaxın zamanlarda pensiya islahatları keçirilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Prezident qeyd edib ki, pensiya islahatları təqaüdçülərin rifahının artırılması məqsədi daşıyır.

Bununla belə, o, pensiya yaşının artırılması məsələsinə də ehtiyatla yanaşdığını deyib.

Dövlət Dumasında isə durum başqa cürdür. Belə ki, "Ədalətli Rusiya" fraksiyası ölkədə pensiya yaşının artırılması təklifinə qarşı çıxacağını bildirib.

Qeyd edək ki, Rusiyada hazırda pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55 yaş təşkil edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.