Dünya

Kim Çen Indan gözlənilməz qərar

13 İyun 2018 07:50
1 Şərh     Baxış: 5 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kim Çen In Donald Trampın ABŞ-a gəlmək dəvətini qəbul edib.

Milli.Az bildirir ki, bunu Trend-ə bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verir.

Məlumatda deyilir: "Kim Çen In Trampı münasib vaxtda Pxenyana səfər etməyi təklif edib, Tramp isə Kim Çen Inı ABŞ-a dəvət edib. Hər iki lider bir-birini dəvətini məmnuniyyətlə qəbul ediblər".

Qeyd edək ki, iyunun 12-si Sinqapurun Sentosa adasında yerləşən "Kapella" otelində ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

Donald Tramp görüşün yekunları üzrə bildirib ki, Şimali Koreya ilə "ətraflı" sənəd imzalayıb və vurğulayıb ki, Koreya yarımadasının denuklarizasiya prosesi "tez bir zamanda" başlayacaq. Kim Çen In öz növbəsində imzalanan sənədi iki ölkə arasındakı münasibətlər üçün "yeni başlanğıc" adlandırıb və gələcəkdə "böyük dəyişikliklər" vəd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.