Dünya

Tramp Inın planları barədə danışdı

12 İyun 2018 22:51
0 Şərh     Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp KXDR-nın denuklearizasiyası prosesinin başlayacağı tarix barədə danışıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "Fox News" məlumat yayıb.

"Düşünürəm ki, Şimali Koreyada denuklearizasiya prosesinə başlayacağıq. Məncə o (red:Kim Çen In) ölkəsinə qayıdan kimi, dərhal bu prosesi işə salacaq.", - deyə Tramp telekanala verdiyi müsahibədə bildirib.

O, prosesin tez keçəcəyinə ümidvar olduğunu əlavə edib.

Bundan əvvəl verdiyi açıqlamada Ağ Ev rəhbəri KXDR lideri Kim Çen Ina etibar etdiyini bildirsə də, bir ildən sonra bu qərarına görə heyfslənəcəyini istisna etməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.