Dünya

"Arvadım həm mənimlə, həm də başqa kişi ilə ..." - Ərini sevgilisinə döydürdü - FOTO

12 İyun 2018 18:47
1 Şərh     Baxış: 11 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kahramanmaraş rayonunda 2 həftə öncə qayınanasının evinə "Molotof kokteyli" atdığı deyilən Eshabil Balbars iddiaları rədd edib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, C.B. və əri Eshabil Balbars yola getmədikləri üçün boşanmağa qərar veriblər.

9 illik həyat yoldaşından 7 yaşında Hayriye və 3 yaşında Duran adlı 2 uşağı olan Eshabil Balbars arvadının başqa bir kişiylə görüşdüyü üçün boşanmaq istədiyini və arvadının təzminat ödəməsi üçün məhkəməyə verdiyini, qayınanasının evini onun yandırmadığını deyib.

Təxminən 3 aydır uşaqlarını görə bilmədiyini söyləyən Balbars "Arvadımın mənə xəyanət etdiyi şübhəsiylə təqib etdim və tapdım. Sübut edincə isə valideynlərinin yanına göndərdim. Sevgilisinə məni döydürdü. Gördüyünüz kimi telefonumda fotosu var, bu insanın mənim qanuni arvadım ilə dağlarda, bağlarda nə işi ola bilər. Onları Allaha tapşırdım" deyib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.