Dünya

Gürcüstan hökumətində dəyişikliklər gözlənilir

12 İyun 2018 14:50
0 Şərh     Baxış: 453

Bu gün Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının mərkəzi ofisində parlament çoxluğunun iclası keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iclasda baş nazir Giorgi Kvirikaşvili iştirak edəcək. 

Toplantıda hökumətdə nəzərdə tutulan kadr dəyişikliklərinin müzakirə olunacağı gözlənilir. Gürcüstanın "Birinci radio"su baş nazir Georgi Kvirikaşvilinin vəzifədən gedəcəyini iddia edib. Baş nazirlə birlikdə ədliyyə naziri Teya Sulukiani, iqtisadiyyat naziri Georgi Kumsişvili, xarici işlər naziri Mixal Canelidze və mədəniyyət naziri Mixail Giorqadzenin də adları istefaya gedəcək şəxslər sırasında hallanır. Hökumətin yeni tərkibi təsdiq olunana qədər baş nazir səlahiyyətlərinin icrasının daxili işlər naziri və baş nazirin 1-ci müavini Georgi Qaxariyaya həvalə olunacağı bildirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.