Dünya

Tramp: "Şimali Koreya raketləri məhv edəcək"

12 İyun 2018 14:45
1 Şərh     Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya artıq raket mühərriklərinin sınaqdan keçirildiyi poliqonu məhv edib, daha sonra isə raketləri də məhv edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib ki, Şimali Koreya rəhbəri Kim Çen In ölkədə iri raket poliqonunun məhv edildiyini onun özünə bildirib:

"Bu, çox böyük işdir. Tezliklə orada sınaqdan keçirilən raketlər məhv ediləcək".

ABŞ Prezidenti əlavə edib ki, bu məlumat birgə bəyanatda yer almayıb, çünki razılaşma sənəd imzalandıqdan sonra əldə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.