Dünya

Türkiyə İraqda 30-dan çox PKK-çını məhv etdi

12 İyun 2018 13:10
0 Şərh     Baxış: 605

İraqın şimalında keçirilən antiterror əməliyyatı çərçivəsində 34 PKK döyüşçüsü məhv edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahına istinadən məlumat verir.

Baş Qərargah bildirir ki, İraqın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyatlar davam etdiriləcək.

Qeyd edək ki, ötən gün prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə SQ-nin İraqın şimalında yeni hərbi əməliyyatlara başladığını elan edib.

Dövlət başçısı deyib ki, Türkiyə Hərbi Hava Qüvvələri 20 qırıcıdan istifadə etməklə PKK terrorçularının 14 bazasını məhv edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.