Dünya

Sevgilisi ilə dalaşıb, 4 uşağı öldürdü, 1 polisi yaraladı - FOTO

12 İyun 2018 09:53
0 Şərh     Baxış: 1 456

Birləşmiş Ştatların Florida ştatının Orlando şəhərində Gary Wayne Lindsey adlı şəxs 4 uşağı artıq 12 saatdan çox girov saxlayıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, 1, 6, 10 və 11 yaşlarında olan uşaqların cəsədləri tapılıb.

Metro-nun yazdığına görə, Linsi uşaqları öldürdükdən sonra intihar edib.

Hadisə saat 23:45-də baş verib. Mənzildən qaçaraq həyətə düşən şəxs polislərə sevgilisinin onu döydüyünü söyləyib. Polis qızla birlikdə mənzilə qalxıb. Bu zaman polisə Lindsi arasında atışma olub. Polisi yaralayan 35 yaşlı Lindsi 4 uşağı girov götürüb.

Polis Orlanda xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.

Məsələ ilə bağlı araşdırma aparılır.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.