Dünya

Makedoniyanın yeni adı ilə bağlı seçim edilib

12 İyun 2018 08:38
0 Şərh     Baxış: 1 110

Yunanıstanın xarici işlər naziri Nikos Kotzias bildirib ki, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın (KYRM) baş naziri Zoran Zayev artıq Dağlıq, Şimali və Yeni Makedoniya variantlarından birini ölkəsi üçün yeni konstitusiya adı seçib.

Milli.Az "Report"a istinadən bildirir ki, Nikos Kotzias "Kontra" telekanalına müsahibəsində Zayevin seçiminin artıq çərşənbə günü məlum ola biləcəyini deyib.

Onun sözlərinə görə, bu, Yunanıstan və KYRM baş nazirlərinin telefon söhbəti zamanı danışıqları yekunlaşdıracaqları təqdirdə mümkün olacaq.

Yunanıstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, ölkə hökumətinin başçısı Aleksis Sipras və KYRM-nın baş naziri Zoran Zayev arasında bazar ertəsi telefon danışığı olub və onlar çərşənbə axşamı yeni telefon söhbəti zamanı danışıqları bitirmək barədə razılığa gəliblər.

Yunanıstanın XİN rəhbəri telefon söhbətini uzun zamandır davam edən mübahisənin həllində "həlledici addım" adlandırıb.

"Biz inanırıq ki, qərar Yunanıstanın maraqları çərçivəsində olacaq", - deyə Kotzias bildirib və əlavə edib ki, saziş hər iki tərəfin xeyrinə olacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.