Dünya

Almaniyada hava limanında yanğın: 6 nəfər zəhərləndi - YENİLƏNİB

11 İyun 2018 18:39
1 Şərh     Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:39

Almaniyanın Frankfurt hava limanında yanğın olub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, aerodrom traktoru təyyarəni eniş qapısına daşımalı olsa da, buksir bilinməyən səbəblərdən alışıb.

"Lufthansa" aviaşirkətinin nümayəndəsi bildirib ki, nəticədə aeroport ərazisində güclü tüstülənmə baş verib və 6 nəfər zəhərlənib.

Yanğın söndürülüb. Hadisənin aeroportun işinə təsir etmədiyi deyilir.

----------
14:49

Almaniyanın ən böyük aeroportu olan Frankfurt hava limanında təyyarədə yanğın olub. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu səbəbdən Frankfutrdan uçan təyyarələrdə ləngimələr var.

Yanğının səbəbi açıqlanmayıb.

Hələlik rəsmilər də yanğına münasibət bildirməyiblər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.