Dünya

İnquşetiyaya davaya gedən Kadırov üzr istəməli oldu

20 Oktyabr 2018 19:29
0 Şərh     Baxış: 4 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistan rəhbəri Ramzan Kadırov İnquşetiyada keçirilən etiraz aksiyalarının təşkilatçıları ilə münasibətlərə aydınlıq gətirmək üçün qonşu respublikaya gedib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kadırov onu çoban adlandıran ağsaqqal Muxajir Nalgiyevdən üzrhaqlıq eşitmək üçün Surxaxi kəndinə yollansa da, nəticədə özü üzr istəməli olub.

Ağsaqqal Nalgiyev üzrhaqlıq etdiyi üçün Kadırov da ondan üzr istəyib.

Görüş zamanı Kadırov bildirib ki, İnquşetiyanın bir hissəsinin Çeçenistana verilməsi ideyası ona yox, İnquş Respublikasının rəhbəri Yunusbəy Yevkurova məxsus olub. Buna cavab olaraq kəndin ağsaqqalı Kadırova torpaq məsələsində aktiv mövqedə duran inquşlara hədə-qorxu gəldiyi üçün irad tutub. Çeçenistan lideri isə bildirib ki, sözləri etiraz aksiyalarını təşkil edən 2-3 nəfərə ünvanlanıb. Söhbətin sonunda tərəflər bir-birindən üzr istəyiblər.

Qeyd edək ki, Kadırov Surxaxi kəndinə 60-70 avtomobildən ibarət kortejlə gedib. Onun qarşısına minədək silahlı inquş çıxıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.