Dünya

İşçi müdirinin 4 yaşlı qızını zorlayıb öldürdü - Kameraya düşdü - VİDEO - FOTO

5 İyun 2018 13:22
12 Şərh     Baxış: 14 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirniyyat mağazasının işçisi müdirinin 4 yaşlı qızına təcavüz edib, öldürüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanda Virender Bholu adlı 24 yaşlı oğlan müdirinin 4 yaşlı qızına təcavüz edib, sonra da bıçaqlayaraq öldürüb.

Bhlou uşağı öz evində öldürdükdən sonra cəsədini anasının evindəki konteynerin içinə atıb, sonra da işə qayıdıb.

Uşağın valideynləri onun itkin düşməsi barədə polisə məlumat veriblər. Bhlou da iz itirmək üçün uşağı axtaranlar arasında olub. Lakin kameraya düşən görüntülər sayəsində onun cinayət əməli ortaya çıxıb.

Onun uşağı qaçırdığı anlar təhlükəsizlik kamerasına düşüb. Hadisə Yeni Dehli şəhərindən 80 km uzaqlıqda baş verib. Bhlou həbs edilib.

Qeyd edək ki, ailəli olan Bhlou 9 il həmin şirniyyat mağazasında işləyib.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İşçi müdirinin 4 yaşlı qızını zorlayıb öldürdü - kameraya düşdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.