Dünya

Sərkisyanın qardaşı oğlundan dəhşətli cinayət – Yanmış siqareti…

17 İyul 2018 21:02
0 Şərh     Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı və sabiq müavini Aleksandr Sərkisyanın oğluna cinayət işi açılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, 31 yaşlı Narek Sərkisyan 49 yaşlı kişiyə işgəncə vermək və onu döyməkdə ittiham edilib.

Hadisə 2017-ci ildə baş verib. O, bu əməli mühafizəçisi Artyom Poqosyanla birgə həyata keçirib.
Mübahisə gecə klublarından birində başlayıb. Bundan sonra 49 yaşlı kişini gecə klubundan çıxararaq, Narek Sərkisyanın evinə gətiriblər. Burada onu döyüblər. Sərkisyanın qardaşı oğlu isə yanmış siqaretləri bədənində söndürərək ona işgəncə verib.

Cinayətdə əli olan Artyom Poqosyan artıq həbs olunub. Narek Sərkisyan isə bir neçə gün əvvəl atası ilə birlikdə ölkədən qaçarkən saxlanılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.