Dünya

Türkiyə PKK-ya tarixi zərbə vurdu

27 May 2018 23:53
2 Şərh     Baxış: 3 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə təhlükəsizlik orqanlarının əməliyyatları nəticəsində çox sayda terrorçunun zərərsizləşdirilməsi və terror qruplaşmasına insanların qoşulmasının azalması PKK-nın tarixindəki ən çətin vəziyyətə düşməsinə səbəb olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, əməliyyatlar nəticəsində öldürülənlərin yerinə döyüşəcək insan tapmayan terror qruplaşması cərgələrinə 2016-da 686, 2017-də 152 terrorçu qatıldığı halda, bu rəqəm 2018-ci ilin ilk aylarında cəmi 43-ə bərabər olub.

Çarəsiz vəziyyətdə qalan terror qruplaşması üzvləri təzyiq və zülmdən yaxa qurtarmaq üçün çarəni qaçmaqda tapıb. 2016-cı ildə 466, 2017-ci ildə 429 terrorçu təhlükəsizlik orqanlarına təslim olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.