Dünya

Türkiyədə parkinq üstündə baltalı dava: 2 ölü, 7 yaralı - VİDEO

27 May 2018 23:21
3 Şərh     Baxış: 3 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə - Adanada iş yerinin önünə maşının park edilməsinə görə meydana gələn davanın görüntüləri ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, münaqişə mayın 22-də baş verib.

Qanlı davada iki nəfər həyatını itirib, yeddi nəfər ağır yaralanıb.

Adananın Yüreğir rayonunun Tahsilli məhəlləsində meydana çıxan hadisədə İsa S. pikabını Həsən A.-nın marketinin önünə park edib. Həsn A. Maşını başqa yerdə saxlamasını istəyib, bundan sonra mübahisə, ardınca qanlı münaqişə çıxıb.

Həsən A.-nın qohumları da məsələyə qarışıb, bundan sonra İsa S. silahını çıxararaq beş nəfəri güllələyib.

Onun silaha əl atmasını Həsənin qohumları cavabsız qoymayıb, onlar ağac parçaları və baltalarla davadakı rəqiblərinə qarşılıq veriblər.

Yaralılar xəstəxanaya yerləşdirilsə də, iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.