Dünya

"Azərbaycanlı rəssamların əl işlərini çox yüksək qiymətləndirirəm" - Paris “Art Shopping”in direktoru - FOTO

27 May 2018 23:13
0 Şərh     Baxış: 4 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisin Luvr muzeyinin Karusel salonunda keçirilən "Art Shopping" beynəlxalq müasir incəsənət sərgisi başa çatıb. Sərgidə peşəkar rəssamlarımızdan Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli, həmçinin bir sıra gənc və istedadlı rəssamlarımızın əl işləri nümayiş olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, Paris "Art Shopping"in direktoru Stefan de Boyssonun dediyinə görə, azərbaycanlı rəssamların əl işləri bu dəfə də böyük maraqla qarşılanıb və buna səbəb onların multikulturalizm fonunda işlənmələridir.

"İlk dəfə bizim sərgimizdə Məryəm Ələkbərlinin əsərləri nümayiş etdirilib və bu əsrarəngiz rəsm əsərləri hər dəfə böyük maraqla qarşılanıb. Azərbaycanın istedadlı rəssamlarından olan Əsmər Nərimanbəyovanın əsərləri füsunkarlığı ilə seçilir. Azərbaycanlı rəssamların əsərlərinin rəsm həvəskarları və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilməsinə səbəb onlarda multikulturalizm dəyərlərinin əks olunmasıdır. Bu əl işlərində müxtəlif mədəniyyətləri - Avropa, Asiya və Yaxın Şərq mədəniyyətlərinin təsiri hiss olunur ki, bu da onları mövzu və stil baxımından daha rəngarəng və zəngin edir. Avropadan daha çox İtaliya və slavyan mədəniyyətlərinə məxsus çalarlara rast gəlinir. Mən Azərbaycan incəsənəti üzrə mütəxəssis olmasam da, multikulturalizmi təkcə azərbaycanlı rəssamların əl işlərində deyil, Azərbaycan arxitekturasında, parçalarında və incəsənətinin digər növlərində də müşahidə etmişəm", - deyə o bildirib.

Azərbaycanla əməkdaşlığa toxunan direktor yeni əməkdaşlıq perspektivlərinə açıq olduğunu və buna çox can atdığını bildirib.

"Azərbaycanda cəmi bir dəfə olsam da, mənə çox doğmadır və sizin ölkənizi çox sevirəm. Ümid edirəm ki, Azərbaycan ilə əməkdaşlığımız daha da möhkəmlənəcək. Mən Azərbaycanda müasir incəsənət muzeyində olmuşam və orada toplanan azərbaycanlı rəssamların əl işlərini çox yüksək qiymətləndirirəm. O, rəssamların bizim bu beynəlxalq sərgimizdə iştiraklarında çox maraqlıyam. Bundan əlavə "Art Shopping" beynəlxalq müasir incəsənət sərgisinin Bakı filialını yaratmağı arzu edirəm", - deyə o bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.