Dünya

Çində yanacağın pərakəndə satış qiyməti bu il ərzində yeddinci dəfə artırılıb

28 May 2018 01:30
0 Şərh     Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya bazarında xam neftin qiymətinin qalxması ilə əlaqədar olaraq Çində yanacağın pərakəndə satış qiyməti bu il ərzində yeddinci dəfə artırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çin Milli İnkişaf və İslahat Komissiyası benzinin və dizel yanacağının hər tonunun qiymətinin müvafiq olaraq 260 yuan (40,7 ABŞ dolları) və 250 yuan (39,4 dollar) artırılması barədə qərar qəbul edib. Bu, Çində cari ildə həm də ən böyük qiymət artımıdır.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.