Dünya

Bitkoin ucuzlaşmaqda davam edir

26 May 2018 00:03
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşmaqda davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bitkoin 7 600 dolar ətrafında alınıb satılır.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,02% ucuzlaşaraq 7 633 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində bu gün bahalaşma qeydə alınıb. Belə ki, "Ethereum" 0,97% və ya 611,85 dollaradək, "Ripple" 2,11% (0,633 dollara qədər), "Bitcoin Cash" isə 2,21% (1 062,42 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 341,84 milyard dollar təşkil edir və bunun 38 faizi bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.