Dünya

Putin növbəti prezidentlik müddətinə dair sualı cavablandırıb

25 May 2018 21:54
0 Şərh     Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin Konstitusiyaya uyğun olaraq prezident seçkilərində üçüncü dəfə ardıcıl namizədliyini irəli sürməyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya dövlət başçısı Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda bəyan edib.

"Mən daim Rusiya Federasiyasının Konstitusiyasına riayət etmişəm və edirəm. Konstitusiya açıq şəkildə qeyd edilib - iki müddətdən artıq olmaz", deyə V.Putin vurğulayıb.

O xatırladıb ki, iki dəfə prezident seçildikdən sonra postunu tərk edib: "Gələcəkdə də bu qaydaya riayət etmək niyyətindəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.