Dünya

“Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər” - Putin

25 May 2018 20:45
0 Şərh     Baxış: 1 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünya iqtisadiyyatında normaların pozulması və etibarın itməsi bəşəriyyətin hələ qarşılaşmadığı yeni böhrana səbəb ola bilər".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda keçirilən plenar iclasda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib. 

"Tərəflərdən birinin müqavilədən çıxması, razılığın pozulması hər zaman risk deməkdir. Bu, iş təcübəsinin aksiomasıdır. Qlobal səviyyədə dövlətlərin, xüsusən də güc mərkəzlərinin belə davranışı mənfi, dağıdıcı nəticələrə səbəb olur. Faktorların bu cür gedişatı dünyanın hələ qarşılaşmadığı sistemli böhrana gətirib çıxarmaq qabiliyyətinə malikdir", - deyə o, qeyd edib.

Putin beynəlxalq münasibətlər sisteminin ciddi sınaqdan keçdiyini də söyləyib: "Beynəlxalq siyasi, iqtisadi, ticarət münasibətləri sistemi bu gün möhkəmliyə görə ciddi sınaqdan keçir. Belə müzakirələr, qeyri-formal dialoq bu gün xüsusilə vacibdir.  Biznesin qurulması və investisiya üçün şərtlər, gündəlik həyatın özü belə dinamik şəkildə dəyişir".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.