Dünya

Putin Makronla görüşdü

24 May 2018 23:42
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburqda Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emanuel Makron arasında görüş keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Konstantinovskiy sarayında keçirilən görüşdə Putin fransalı həmkarına Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak üçün dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib: "Biz bu imkandan istifadə edərək Rusiya-Fransa əlaqələri haqqında geniş müzakirələr aparacağıq. Bu gün bütün çətinliklərə baxmayaraq iki ölkə arasında münasibətlər inkişaf edir, ticarət dövriyyəsi 25 faiz artıb. Əlbəttə ki, bugünkü görüşdə Fransa və Rusiyanın qərarlarında maraqlı olduğu əsas beynəlxalq məsələlər barədə danışacağıq".

E. Makron dəvətə görə rusiyalı həmkarına təşəkkürünü bildirib: "Həqiqətən də Fransa-Rusiya münasibətləri inkişaf etməkdə davam edir. İqtisadi planda daim artım müşahidə olunur. Bu çox müsbət haldır. İkitərəfli münasibətlərdən başqa, fikrimcə, Fransa və Rusiya BMT TŞ-nin iki daimi üzv ölkəsi kimi, istər Ukrayna, Yaxın Şərq, İran, Suriya münaqişələri olsun, istərsə də  bütün beynəlxalq siyasət arenasında əlaqəli işləyərək həll yolu tapa bilər. Fikrimcə, biz həqiqətən də birgə təşəbbüslərin tapılması üçün birlikdə işləyərək qüvvələrimiz birləşdirə bilərik".

Qeyd edək ki, Putin-Makron görüşündə Ukrayna, İran və Suriya ətrafındakı vəziyyətin müzakirə olunacağı gözlənilir. Danışıqların yekununda Rusiya-Fransa əməkdaşlığının inkişafına istiqamətlənən birgə sənədlər imzalanacaq. Putin və Makronun birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.