Dünya

"Rossiya seqodnya"nın baş direktoru Kiyevi gücsüzlükdə ittiham etdi

24 May 2018 22:31
0 Şərh     Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın "Rossiya Segodniya" və "RİA Novosti Ukrayna" agentliklərinin sanksiya siyahısına daxil etməsi Kiyev rejiminin gücsüzlüyünün göstəricisidir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov deyib.

"Bu, qanlı dövlət çevrilişi nəticəsində hakimiyyət gələn və demokratik, müasir qanunlar əsasında normal həyatı qaydaya salmağın öhdəsindən gələ bilməyən Kiyev rejiminin gücsüzlüyünün göstəricisidir. Onun prezident seçkiləri ərəfəsində öz vətəndaşlarını, jurnalistləri, azad sözü təqib etməkdən, nüfuzlu nəşrləri qadağan etməkdən, ehtimal ki, media məkanında təmizləmə aparmaqdan başqa yolu qalmır" - deyə Kiselyov "RİA Novosti"yə bildirib.

Qeyd edək ki, bu gün yayılan məlumatda rəsmi Kiyevin "Rossiya Seqodniya" BİA və "RİA Novosti Ukrayna" saytlarına girişi blok edəcəyi bildirilir. Hər iki agentlik üç illik müddətində sanksiya siyahısına əlavə edilib.

Siyahı Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytında yerləşdirilib.

Bundan əlavə agentliklərin ölkədəki aktivləri də dondurulacaq. Ukrayna provayderlərinə isə "Россиясегодня.рф", "Sputniknews.com", "Ria.ru", "Rsport.ria.ru", "1prime.ru", "Realty.ria".ru və "rian.com.ua" saytlarına da girişi məhdudlaşdırmaq göstərişi verilib.

Rusiya Dövlət Dumasında Kiyevin bu addımını "Senzura aktı" kimi dəyərləndiriblər. Dumadan bildirilib ki, bu məsələ beynəlxalq təşkilatlarda qaldırılacaq.

Xatırladaq ki, mayın 15-i səhər saatlarında agentliyin ofisinə üzərində UTX yazısı olan uniformalı adamlar daxil olub. Şahidlər onların qaldırıcı qurğunun köməyi ilə agentliyin ofisinin yerləşdiyi binaya necə daxil olduqlarını görüblər. Bunun ardından ofisdəki jurnalistlərlə əlaqə kəsilib. Bundan sonra Kirill Vışinskinin UTX tərəfindən saxlanıldığı məlum olub.

Son zamanlar Ukraynada təqib olunan rusiyalı jurnalistlərin sayı onlarladır. Rusiya XİN ATƏT və Avropa Şurası ölkələrini, eləcə də beynəlxalq təşkilatları Ukraynanın bu siyasətinə qiymət verməyə çağırıb.

Ukrayna hakimiyyəti birmənalı olaraq Rusiya KİV-lərinin bu ölkədə işləməsinə mane olur, müntəzəm surətdə onların ölkəyə girişinə qadağa qoyur. 2015-ci ilin martında Rusiyanın 115 KİV-i Kiyevdə dövlət orqanlarında akkreditasiyadan keçib.

Kiyevdə "Russia Today" mediaqrupuna daxil olan "RİA Novosti" agentliyinə qarşı xüsusilə sərt münasibət mövcuddur. Ötən il agentliyin "Eurovision" müsabiqəsinin finalına akkreditasiya olunmuş iki əməkdaşı tədbirə buraxılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.