Dünya

Bir nəfər 5 həmkəndlisini, sonra isə özünü öldürdü - Rusiyada

24 May 2018 20:24
0 Şərh     Baxış: 1 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yakutiya bölgəsində dəhşətli qətl olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yerli sakin 5 həmkəndlisini öldürüb.

Ölən şəxslər ayrı-ayrı ailələrin üzvü olublar. Təqsirkar əvvəlcə qonşu evə gedərək ailə başçısı və oğlunu güllələyib. Sonra digər qonşunun evinə yollanaraq orada qadın və uşağını öldürüb. Cinayətkar atəş səsinə evə gələn digər qonşunu da güllələyərək öldürüb.

Cinayəti törətmiş şəxs sonra intihar edib.

Hadisədə təqsirkar olan şəxsin həmin kənddə artıq 10 ildir yaşadığı bəlli olub.

Faktla bağlı araşdırmalar başladılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.