Dünya

"Ermənistan Cənubi Qafqazda ən kasıb ölkədir"

24 May 2018 14:38
2 Şərh     Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan bir daha Cənubi Qafqazda ən kasıb ölkə olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul barədə hesabatında deyilir.

Hesabata əsasən, 2018-ci ilin yekunlarına əsasən Ermənistanda bu göstərici 10 min dollar təşkil edəcək.

Ermənistan bu göstərici ilə 192 ölkə arasında 113-cü yerdə qərarlaşıb. Bu, həm də Cənubi Qafqaz ölkələri arasında qeydə alınan ən aşağı göstəricidir.

Belə ki, 2018-ci ilin yekunlarına əsasən alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18,04 min, Gürcüstanda 11,48 min dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.