Dünya

Anasının qonşu kişi ilə danışığını eşidən 22 yaşlı gənc XƏYANƏTİ ÖYRƏNDİ

24 May 2018 12:10
0 Şərh     Baxış: 7 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kahramanmaraş rayonunda 22 yaşlı gənc qonşusunu öncə döyüb, ardınca ov tüfəngi ilə güllələyib.
 
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Ali S. (22), anası Habibe S. ilə münasibətdə olduğunu düşündüyü qonşusu Hacı Gökü (54) öldürüb.

MOBİL TELEFONULA DANIŞARKƏN EŞİTDİ 

Qanl olay dünən axşam saatlarında Alembey Məhəlləsində baş verib. Ali S. evdə anası Habibe S.-in qonşuları Hacı Gök ilə mobil telefonla danışdığını eşidib, eşq yaşadıqlarından şübhələnib.

Ali S.-in vəziyyəti atası Mehmet S.-ə deməyindən sonra evdə mübahisə baş verib. Bu məqamda evə Hacı Gök gəlib. Ali S. Gökü öncə döyüb, sonra ov tüfəngi ilə 3 dəfə atəş açaraq öldürüb.

Ali S. hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb.

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.