Dünya

Azərbaycana partlayıcı qurğuların daşınmasının qarşısı alınıb

24 May 2018 08:43
0 Şərh     Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstanda Rusiyadan Azərbaycana partlayıcı qurğuların daşınması zamanı qayda pozuntusu qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dərbənd dəmir yolu stansiyasında gömrük işçiləri sənaye üsulu ilə hazırlanmış partlayıcı qurğu - ammonit tozunun daşınması zamanı qanun pozuntusu aşkarlayıblar.

Qeyd olunur ki, daşıyıcı deklarasiyada yükün çəkisini 8 ton kimi göstərib: "Yoxlama zaman aşkar olunub ki, yükün faktiki çəkisi 8 ton 167,2 kq-dır. Yəni qurğuları gömrük rəsmiləşdirilməsi olmadan keçirməyə çalışıblar".

Qanunsuz daşınması planlaşdırılan mal ekspertizaya göndərilib. Faktla bağlı inzibati hüquq pozuntusu barədə iş açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.