Dünya

Bitkoin 8 min dollardan aşağı düşdü

23 May 2018 22:55
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti kəskin ucuzlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bitkoin 8 min dollardan aşağı düşüb.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 4,43% ucuzlaşaraq 7 964 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, "Ethereum" 6,97% və ya 644,19 dollaradək, "Ripple" 4,92% (0,64 dollara qədər), "Bitcoin Cash" isə 8,47% (1 099,77 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 354,32 milyard dollar təşkil edir və bunun 38 faizi bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.