Dünya

Kim Çen Inın ABŞ ilə danışıqlara münasibəti dəyişib - Tramp

22 May 2018 23:17
0 Şərh     Baxış: 1 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın ABŞ ilə daşıqlara münasibəti dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşü zamanı jurnalistlərə bildirib.

ABŞ prezidenti hesab edir ki, KXDR liderinin daışıqlara münasibəti onun Çinə ikinci səfəri və Çinin prezidenti Si Cinpinlə görüşündən sonra dəyişib.

Xatırladaq ki, daha əvvəl bildirilirdi ki, Çin Xalq Respublikasının sədri Si Cinpin və KXDR lideri Kim Çen In arasında Dalyan şəhərində danışıqlar olub.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə mayın 16 keçiriləcək görüşdən imtina edib. Buna səbəb ABŞ və Cənubi Koreya hərbçilərinin aprelin 15-dən "Max Thunder" adlı birgə hərbi təlimləri olub.

Bundan əlavə, Şimali Koreya höküməti ABŞ-la iyunun 12-də keçiriləcək görüşdən də imtina etməklə hədələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.