Dünya

"Ərin yoxkən necə hamilə qaldın?" sualına verdiyi cavabla ŞOK ETDİ - FOTO

22 May 2018 10:55
1 Şərh     Baxış: 31 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bursa şəhərində FETÖ/PDY-yə üzv olmaq əməllərinə görə barələrində cinayət işi açılan ər-arvad Metin T. və Rümeysa T.-nın ağılagəlməz planı məhkəmədə ortaya çıxıb.

Məhkəmə prosesində hakim FETÖ-çü ərin hamilə həyat yoldaşına "2 ildir ərin yoxdur, sən necə hamilə qaldın?" sualı ilə müraciət edib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, qadının cavabı hakim qarışıq məhkəmə zalında olan hər kəsi şok edib.

O "Uşağımın atası ərimdir. Bir gecə qəfil gəldi" cavabını verib.

Şərti cəza ilə xilas olmaq üçün hamilə qaldığı iddia edilən FETÖ-çü qadının ilk məhkəmə prosesindən bir həftə öncə məhkəməyə gələrək başqa bir təqsirləndirilən şəxsin yaxını kimi prosesdə iştirak edib məlumat topladığı məlum olub. 

Barəsində açılan cinayət işindən xəbər tutan Metin T. isə təxminən 2 ildir axtarışdadır.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.