Dünya

Sarqsyan istefadan sonra ilk dəfə adam arasına çıxdı

21 May 2018 21:59
0 Şərh     Baxış: 3 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın üçüncü prezidenti və sabiq baş naziri Serj Sarqsyan istefasından sonra ilk dəfə cəmiyyət arasında görünüb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Sarqsyan mayın 21-də Ararat rayonunda Ermənistanın 1999-cu ildə parlamentə hücum zamanı öldürülən baş naziri Vazqen Sarkisyanın anası Qreta Sarkisyanın dəfn mərasiminə qatılıb.

Serj Sarqsyanı Ermənistan Futbol Federasiyasının rəhbəri Ruben Ayrapetyan və Ararat vilayətinin qubernatoru Aramais Qriqoryan müşayiət edib.

Xatırladaq ki, Ermənistanın sabiq baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-ində isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.