Dünya

Ermənistanlı bankir ölkədən 10 milyard dollar çıxarıb

21 May 2018 21:51
1 Şərh     Baxış: 1 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan KİV-də  mərkəzi bankının rəhbəri Artur Cavadyanın ölkədən 10 milyard dollar çıxarması ilə bağlı iddialar yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mərkəzi bankın rəhbəri parlamentə verdiyi illik hesabatda, bu iddiaları rədd edib.

"Ölkədən 10 milyard çıxartdığımla bağlı yayılan şayiələr barəsindən onu deyə bilərəm ki,  bu düzgün məlumat deyil, bizim ölkədə bu qədər məbləğdə pulu olan bir nəfər belə sahibkar yoxdur" , - deyə Cavadyan bildirib.

Bundan əvvəl Ermənistanın Milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan, yaxın zamanda korrupsiyaya qurşanmış keçmiş dövlət məmurlarının talan etdiyi pulların ölkə büdcəsinə qaytarılacağını bəyan edib.

Mərkəzi bankın rəhbəri, bu məsələ ilə bağlı xüsusi xidmət orqanı ilə informasiya mübadiləsi apardıqlarını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.