Dünya

TAPİ qaz kəmərinin tikinti sahəsinə HÜCUM OLDU - Ölənlər var

21 May 2018 15:31
0 Şərh     Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar ertəsi səhər saatlarında Əfqanıstanın Kandaqar vilayətində TAPİ qaz kəmərinin tikinti sahəsinə naməlum şəxslər hücum edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində 5 nəfərin öldüyü bildirilib.

Məlumata görə, nazməlum şəxslər ərazini yoxlayan şəxslərə atəş açıblar. Daha 1 nəfərin isə hücum edən şəxslər tərəfindən oğurlandığı deyilir.

İnsidentə görə terror qruplaşmalardan hələ heç biri məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, TAPİ qaz kəmərinin tikintisi Türkmənsitan, Əfqanıstan, Pakistan və Hindistan tərəfindən 2015-ci ilin dekbarında başlayıb. qaz kəmərinin ümumi uzunluğu 1814 kilometr təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.