Dünya

Daha bir zərbə? - İran bazasından dalbadal partlayışlar

21 May 2018 15:07
0 Şərh     Baxış: 2 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün mayın 21-nə keçə gecə İranın Dəməşqdən cənubdakı Nadja rayonunda yerləşən hərbi bazasında dalbadal güclü partlayışlar baş verib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, "Sky News Arabia" telekanalı partlayışlar nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun elektron müharibə bölməsinin qərargahı dağıdılıb. Bundan əlavə Suriya dövlət təhlükəsizliyi Məktəbinin binası da xəsarət alıb.

Hələlik partlayışların mənşəyi barədə informasiya yoxdur, amma ehtimal edilir ki, söhbət İsrailin Suriya ərazisindəki İran bazalarına növbəti raket zərbələrindən gedir.

Bundan əvvəl mayın 18-də Suriyanın Hama şəhərindəki aeroportun yaxınlığında da bir neçə güclü partlayışlar baş verib. Məlumatlara görə aeroportda yerləşdirilmiş "Bavar-373" İran zenit-raket kompleksi hədəf alınıb. Lakin daha sonra Londonda mənzillənmiş "The Syrian Observatory for Human Rights" təşkilatı bildirib ki, partlayış silah anbarlarında, yaxud yanacaq anbarında baş verib. Nəticədə 57 iranlı, 11 suriyalı ölüb. Lakin nə Dəməşq, nə Tehran partlayışlara görə məsuliyyəti İsrailin üzərinə atmayıblar. KİV-lər bildiriblər ki, partlayışlar güclü istilərə görə baş verib.

İsrail vaxtaşırı olaraq Suriya ərazisindək İran hərbi obyektlərinə zərbələr endirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.