Dünya

Yüksəksürətli sərnişin qatarı alışıb

21 May 2018 16:26
0 Şərh     Baxış: 1 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda yüksək sürətli sərnişin qatarı alışıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Madxya-Pradeş ştatının Qvalior şəhərində baş verib.

Hindistan Dəmir Yolları Nəqliyyatı Nazirliyinin rəsmi nümayəndəsi Ved Prakeşin sözlərinə görə, insident səhər saatlarında olub. O bildirib ki, əvvəl qatarın B6 vaqonunda yanğın başlayıb. Daha sonra alov B7 vaqonuna keçib.

Onun sözlərinə görə, yanan vaqonları qatardan dərhal ayırmaq mümkün olub. Hazırda yanğının tam aradan qaldırılması istiqamətində iş aparılır.

Yanğın nəticəsində xəsarət alanlar barədə hələ məlumat verilməyib.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.