Dünya

Yunanıstanda 12 nəfər şəhər merini döyərək xəstəxanalıq edib - VİDEO

21 May 2018 14:16
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanda Saloniki şəhərinin 75 yaşlı meri Yanis Butaris 10-12 nəfər tərəfindən döyülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Pontus Soyqırımı"nın (1914-1923-cü illərdə Birinci Dünya Müharibəsi və yunan-türk müharibələri zamanı etnik yunanların türklər tərəfindən qətlə yetirildiyi iddia edilir-red.) anım gününə həsr olunan tədbirdə yaşanıb. 

Mərasim zamanı merə 10-12 nəfər yaxınlaşıb və ondan tədbiri tərk etməsi tələb olunub. Şəhər meri etiraz etdikdə isə onu yerə yıxaraq döyməyə başlayıblar. Butaris baş, kürək və ayağından aldığı zədələrlə xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Salonik şəhərinin meri Yunanıstan və Türkiyənin yaxınlaşmasının tərəfdarı kimi tanınır. 

Ölkənin baş naziri Aleksis Çipras hücum edənləri ultrasağçı quldurlar adlandırıb və gec-tez öz hərəkətlərinə görə cavab verəcəklərini deyib. 

Polis iki şübhəlini saxlayıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yunanıstanda 12 nəfər şəhər merini döyərək xəstəxanalıq edib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.