Dünya

Ərdoğandan Avropada yaşayan türklərə ÇAĞIRIŞ

21 May 2018 10:14
0 Şərh     Baxış: 2 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada yaşayan türkləri siyasətdə fəal iştirak etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan Avropadakı türk icmasının ən güclü icma olduğunu bildirib:

"Türk icması Avropa ölkələrinin siyasi və sosial həyatında öz rolunu möhkəmləndirməlidir".

Prezident, həmçinin Avropada yaşayan türkləri Türkiyə prezidenti və parlamenti seçkilərində iştirak etməyə çağırıb.

Qeyd edək ki, Avropa ölkələrində təqribən 6 milyon türk yaşayır.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.