Dünya

Təyyarə uçuş zamanı alışdı - Zərərçəkənlər var

21 May 2018 09:08
0 Şərh     Baxış: 1 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya aviaşirkəti Japan Airlines-in Boeing 767 təyyarəsi Narita hava limanında havaya qalxarkən yanmağa başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, laynerdə 137 sərnişin olub.

Təyyarə Honkonq istiqamətində uçurmuş.

Salonu tüstü bürüyən an bütün sərnişinlər təxliyə edilib.

Üç nəfərin tüstüdən zəhərləndiyi bildirilir.

İlkin ehtimala görə, təyyarənin quyruq hissəsində yerləşən köməkçi qida bloku alışmaya səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.