Dünya

"Bəşəriyyətin taleyini BMT Təhlükəsizlik Şurasının 5 üzvü həll etməməlidir - Ərdoğan

21 May 2018 08:02
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan yenə BMT Təhlükəsizlik Şurasının üzvlərinin artırılması zəruriliyindən danışıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Ərdoğan Sarayevo Beynəlxalq Universitetinin fəxri doktoru və mantiyasının təqdimatı mərasimində qeyd edib ki, dünya BMT Təhlükəsizlik Şurasının beş üzvünün mərhəmətindən asılı olmamalıdır.

Türkiyə dövlətinin başçısı həmçinin Qahirəni, Tel-Əvivi və Vaşinqtonu insan hüquqlarına hörmətsiz münasibət bəsləməkdə qınayıb.

"Misir, İsrail və ABŞ həmişə İnsan Haqları Bəyannaməsinə hörmət etdiklərini bəyan edərək, bu sənədin ruhuna və tələblərinə əməl etməyə çağırıblar. Buna inanmayın. Bu məsələ onları narahat etmir", - deyə Türkiyə prezidenti bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.