Dünya

Qazaxıstanda neft yatağında yanğın: 1 ölü, 3 yaralı

20 May 2018 18:56
0 Şərh     Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Qazaxıstanın Manqistau vilayətində neft yatağında baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Milli.Az modern.az-a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 19 may saat 22.22 radələrində "Kommunay" yatağında təmir edilən quyuda  40 kv.m sahəni əhatə edən yanğın olub. Yanğın 2 saat ərzində, 20 may gecə saat 00.23 radələrində söndürülüb. Hadisə nəticəsində yanıq xəsarəti alan "M-Texservis" şirkətinin 1986-cı il təvəllüdlü əməkdaşı ölüb, 3 nəfər  xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.