Dünya

Sel Əfqanıstanda 9 nəfərin canını aldı

20 May 2018 16:50
0 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın şimalında yağan şiddətli yağışlar 9 nəfərin ölümünə səbəb olub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki. Bəlx və Cüzcan vilayətlərində yağan şiddətli yağışlar sel və daşqınlara yol açıb. Nəticədə yüzlərlə ev suyun altında qalıb. Təbii fəlakət nəticəsində 9 nəfər həyatını itirib.

Cüzcan vilayətinin sadəcə iki rayonunda 1500 evin suyun altında qaldığı bildirilir. Sakinlər helikopterlərlə hadisə yerindən uzaqlaşdırılıblar. Hələ də bölgə də xilasetmə işləri davam etdirilir.

Evləri viran qalan insanların isti havada çöllərdə qaldığı qeyd olunub. Onlar yardım qurumlarından çadır, ərzaq dəstəyi gözləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.