Dünya

Britaniya Abramoviçin vizasının müddətini uzatmadı

20 May 2018 16:27
0 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya məşhur rusiyalı milyarder Roman Abramoviçin vizasının müddətini uzatmaqdan imtina edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Bell" nəşri rusiyalı biznesmenin yaxın ətrafına istinadən məlumat yayıb.

Həmin şəxslər "The Bell"-ə R. Abromoviçin əvvəlki vizasının müddətinin 3 həftə əvvəl başa çatdığını, ancaq ona yeni viza verilmədiyini bildiriblər. Qəzet yazır ki, bu səbəbdən R. Abramoviç sahibi olduğu "Çelsi" klubunun "Mançestr Yunayted" klubu ilə İngiltərə Kubokunun finalındakı görüşünü izləyə bilməyib. Həmin görüşdə "Çelsi" 1:0 hesabı ilə qalib gəlib və İngiltərə kubokunun sahibi olub.

Digər mənbə isə "The Bell'-ə bildirib ki, hələ rəsmən R. Abramoviçə viza verilməsindən imtina olunmayıb, Böyük Britaniya hökuməti onun sənədlərinə baxmağa davam edir.

Biznesmenin nümayəndəsi və Böyük Britaniya hökumətinin immiqrasiyaya nəzarəti həyata keçirən departamenti məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.