Dünya

Almaniya Suriya və İraqda döyüşlərdə iştiraka gedənlərin sayını açıqladı

20 May 2018 13:38
0 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya hökumətinə ölkədən mindən çox cihadçının Suriya və İraqa terrorçu qruplaşmaların sırasında döyüşməyə getdiyi məlumdur.

Milli.Az APA-ya istinadən bildirir ki, "Funke" qəzeti bunun, Almaniya hökumətinin Sol Partiyanın Bundestaqdakı fraksiyasının sorğusuna verdiyi cavabda əksini tapdığını yazıb.

Almaniyadan Suriya və İraqa gedən cihadçıların yarısı Almaniya vətəndaşıdır. Hökumət Almaniyadan Suriya və İraqda döyüşlərə gedənlərin sayının hazırda yenə artdığını, ancaq 2 il öncə ilə müqayisədə əhəmiyyətli dərəcədə az olduğunu açıqlayıb. Eyni zamanda Suriya, İraq və Türkiyədə saxlanılan Almaniyadan gəlmiş  cihadçılar var. Suriya və İraqa getmiş qadın və uşaqların çoxu isə artıq Almaniyaya qayıdıb.

Qeyd edək ki, Almaniyada yeni hökumətin formalaşdırılması ilə bağlı koalisiya sazişində ikili vətəndaşlığa malik cihadçıların münaqişə zonalarından ölkəyə qayıtması zamanı onların vətəndaşlıqdan məhrum edilməsinə dair müddəa əksini tapıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.